Narkotacirə 8 il cəza verildi

Narkotacirə 8 il cəza verildi

3 Avqust 2015 15:10
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İrandan narkotik maddə gətirməkdə təqsirli binən Vurğun Məlikovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hokum ilə V. Məlikov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Vurğun Məlikov Milli Təhlükəsizlik Nazirliyinin keçiridiyi əməliyyat zamanı saxlanılıb.

İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotiklərin daşınmasında şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı – Məlikov Vurğun Nazim oğlu saxlanılmış, ondan 1 kiloqram 500 qramdan artıq tiryək aşkar edilərək götürülüb.

Mediainfo.az