Yaxın Şərqdə döyüşlər aktivləşib

Yaxın Şərqdə döyüşlər aktivləşib

10 Aprel 2011 10:54
Bəyəndim (0) Bəyənmədim (0)
Dünyadan son xəbərlər


Franspress agentliyinin ən son məlumatları


Qısa xəbərlər:


Qüds, 10 aprel - O.M.

Bu gün İsrailin müdafiə naziri Ehud Barak yerli ictimai radioda bildirmişdir ki, bu ölkənin qoşunları Qəzza zolağında silahlı Fələstin qruplarına qarşı atəşi dayandırmışdır.

O.M.



Nuakşot, 10 aprel - O.M.


Afrika İttifaqı komitəsi (Aİ) bazar günü Liviya rəsmilərini və müxalifəti yenidən atəşkəsə dəvət etdi və bu ölkədə islahatları özündə ehtiva edəcək "keçid dövrünü" tətbiq etməyi təklif etdi.


Tripoli, 10 aprel - O.M.


Liviya xarici işlər nazirinin müavini Xaled Kaaim şənbə günü axşam bildirmişdir ki, Breqdən şərq istiqamətində qadağan olunmuş hava zolağına daxil olmuş 2 vertolyot vurulmuşdur.


Abican, 10 aprel - O.M.


Fil Dişi Sahilində məğlubiyyətini qəbul etmək istəməyən eks prezident Loran Qbaqbo şənbə günü tərəfdarlarını Fransa qoşunlarına qarşı müqavimətə çağırdı. Bu barədə eks hökumətin nümayəndəsi Aya Don Mello jurnalistlərə məlumat vermişdir.

O.M.