Ölkəmizdə 8 aprelin kriminal xronikası

Ölkəmizdə 8 aprelin kriminal xronikası

9 Aprel 2011 09:15
Bəyəndim (0) Bəyənmədim (0)
Öldürən də var, oğurluq edən də


Azərbaycan Respublikası DİN-nin yaydığı məlumatda bildirilir:

Lənkəran rayonunun Qumbaşı kənd sakini Bahəddin Niftullayevə bıçaqla xəsarət yetirmiş Sübhan Əliyev tutulmuşdur


08 aprel 2011

Aprelin 8-də Lənkəran rayonunun Qumbaşı kəndinin ərazisində kənd sakini Sübhan Əliyev sərxoş halda münaqişə zəminində həmkəndlisi Bahəddin Niftullayevə bıçaqla xəsarət yetirmişdir.
Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əliyev tutulmuşdur.


Anası Şölə Əsədullayevaya göz nahiyəsindən xəsarət yetirmiş Gəncə şəhər sakini Arif Əsgərov tutulmuşdur


08 aprel 2011

Aprelin 6-da Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Arif Əsgərov Gəncə şəhər Onkologiya Xəstəxanasında müalicədə olan anası Şölə Əsədullayevanın yanında olarkən aralarında baş vermiş münaqişə zəminində göz nahiyəsindən ona xəsarət yetirmişdir.
Kəpəz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əsgərov tutulmuşdur.


Quldurluq etmiş Bakı şəhər sakini Azər Bəndəliyev tutulmuşdur


08 aprel 2011

Aprelin 8-də Yasamal rayonu Şərifzadə küçəsindəki mağazaya gəlmiş naməlum şəxs orada satıcı işləyən Hidayət Qurbanovu bıçaqla hədələyərək oradan 20 manat və şirniyyat məmulatları aparmışdır.
Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Bəndəliyev tutulmuşdur.


Binəqədi şosesində yol-nəqliyyat hadisəsi


08 aprel 2011

Aprelin 8-də saat 01.30 radələrində Binəqədi şosesində Bakı şəhər sakinləri Pərviz Qurbanovun idarə etdiyi "BMW" markalı və Famil Şükürovun idarə etdiyi "Tavriya" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə F.Şükürov hadisə yerində ölmüş, P.Qurbanovun sərnişini Ruslan İsfəndiyarov isə xəstəxanaya yerləşdirilmişdir.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.


Nizami rayonu H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi


08 aprel 2011

Aprelin 8-də saat 06.00 radələrində Nizami rayonu H.Əliyev prospektində Masallı rayon sakini İlqar Məmmədov idarə etdiyi "Toyota Prado" markalı avtomaşınla 55-60 yaşlı kişini vurmuşdur. Nəticədə həmin kişi hadisə yerində ölmüşdür.
Nizami RPİ tərəfindən araşdırma aparılır.


Mağazadan 4 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Əhməd Məmmədov tutulmuşdur


08 aprel 2011

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 7-də Bakı şəhər sakini Rəsul Salahova məxsus mağazadan 4 ədəd mobil telefonu oğurlamaqda şübhəli bilinən Əhməd Məmmədov tutulmuşdur.


Avtomaşınlardan oğurluq etməkdə şübhəli bilinən Göyçay rayon sakini Orxan Həbilxanov tutulmuşdur


08 aprel 2011

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2010-cu il dekabrın 4-də Vüsal Heydərovun həyətindən, dekabrın 19-daq Səyyad Əliyevə məxsus mağazadan, dekabrın 12-də Habil Qafarova və 2011-ci il fevralın 26-da Həsənxan Həbibova məxsus avtomaşınlardan oğurluq etməkdə şübhəli bilinən Göyçay rayon sakini Orxan Həbilxanov tutulmuşdur.



Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Lyudmila Vasiliyeva tutulmuşdur


08 aprel 2011

Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 31-də Z.Talıbovun evindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Lyudmila Vasiliyeva tutulmuşdur.


Oğurluq etdiyinə görə tutulmuş Valeh Həsənovun Əmir Rəsulovun evindən də oğurluq etməsi müəyyən edilmişdir


08 aprel 2011

Zərdab RPŞ əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş Valeh Həsənovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun, Əmir Rəsulovun evindən də oğurluq etməsi müəyyən edilmişdir.


Oğurluq etdiklərinə görə tutulmuş Şöhrət Piriyevin və Bəhruz Musayevin digər cinayət əməlləri törətməsi də müəyyən edilmişdir


08 aprel 2011

Abşeron RPŞ əməkdaşları tərəfindən oğurluq etdiklərinə görə tutulmuş Şöhrət Piriyevin və Bəhruz Musayevin ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların İlqar Salmanovun və Nurxan Muradovun evlərindən də oğurluq etmələri müəyyən edilmişdir. Eləcə də, onların İlkin Muradovla birgə aprel ayının 7-nə keçən gecə Saray qəsəbəsinin ərazisində Bakı şəhər sakinləri Tofiq Mehdiyevə məxsus evdən 1 ədəd drel və 350 metr uzunluğunda elektrik kabelini də oğurlamaları müəyyən edilmişdir.


Dənizdə batmış Məhərrəm Kərimovun meyiti Qobustan qəsəbəsinin ərazisində dənizdə tapılmışdır


08 aprel 2011

Aprelin 6-da Qaradağ rayonu ətazisində balıq tutarkən qayığın çevrilməsi nəticəsində dənizdə batmış Məhərrəm Kərimovun meyiti Qobustan qəsəbəsinin ərazisində dənizdə tapılmışdır.


Kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilmiş Bakı şəhər sakini Vyaçeslav Nebratenko orada ölmüşdür


08 aprel 2011

Cari ilin mart ayının 31-də Xətai rayonu Nobel prospektindən Bakı şəhər sakini Vyaçeslav Nebratenko kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilmiş və aprelin 6-da orada ölmüşdür.
Xətai RPİ 37-ci PB əməkdaşlarının apardıqları araşdırmalar zamanı V.Nebratenkonun motosikletdən yıxılaraq xəsarət alması müəyyən edilmişdir.

O.M.