FHN-ə qarşı təxribat

FHN-ə qarşı təxribat

8 Aprel 2011 19:58
Bəyəndim (0) Bəyənmədim (0)
DİN əməliyyat keçirdi


Azərbaycan DİN-nin məlumatına görə, FHN-nin "112" xidmətinin binasına bomba qoyulması barədə məlumat təsdiqini tapmamışdır.

Aprelin 8-də saat 11.10 radələrində naməlum şəxs FHN-nin "112" xidmətinə zəng edərək FHN-nin "112" xidmətinin binasına bomba qoyulması barədə məlumat vermişdir.
Məlumat DİN-in Növbəti Hissələri İdarəetmə Xidmətinə ötürülmüş, dərhal əməliyyat tədbirləri həyata keçirilsə də məlumat təsdiqini tapmamışdır.
Aparılan araşdırmalar zamanı bilərəkdən yalan məlumatı verənin Ağdam rayonunun Təzəkənd qəsəbəsində məskunlaşmış 13 yaşlı L.M. tərəfindən edilməsi müəyyən edilmişdir.

O.M.