Azərbaycanda dünən 66 cinayət hadisəsi baş verib

Azərbaycanda dünən 66 cinayət hadisəsi baş verib

9 Aprel 2011 12:41
Bəyəndim (0) Bəyənmədim (0)
Onlardan 27-si isti izlərlə açılıb

Azərbaycan Respublikası DİN-in rəsmi məlumatına görə, dünən gün ərzində 66 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 66 cinayət faktı qeydə alınmış, onların da 27-si "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 7 cinayətin üstü açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 8 nəfər isə yaralanmışdır.
  • 8 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 30 nəfər tutulmuşdur.

O.M.