Rahib rahibəni zorladı

Rahib rahibəni zorladı

8 İyul 2011 17:01
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliyada rahibəni 4 dəfə zorlamış rahib qanun qarşısında cavab verib. Ölkənin Kosenza şəhərində yaşayan 73 yaşlı rahib Fedele Bisceglia 5 il öncə rahibənin əllərini bağlayaraq, onu zorlayıb. Üstəlik, bu anı lentə belə köçürüb. Məhz bu səbəbdən də cinayətkar 9 il 3 ay həbsə məhkum edilib. Qərar açıqlandıqdan sonra üzünü rahibəyə çevirən Fedele, "Sən rahibə yox, şeytansan", - deyib. Pederin müavini Antonio Qaudi də bu hadisədə əli olduğu üçün 6 il 3 ay dəmir barmaqlıqlar arxasında yatacaq.

Rahibə ilə yatmaq istəyirdi, həbsxanada yatdı.

Günel Həbib

O.M.