Yaponiyanı bu qurtaracaq

Yaponiyanı bu qurtaracaq

9 Aprel 2011 14:30
1 250
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyada 11 mart tarixində yaşanan zəlzələ və sunami fəlakəti ölkəni demək olar kiŞ darmadağın etmişdi. Minlərlə insan ölmüş, yaralanmış, evsiz qalmışdı. Bundan başqa, ən böyük faciə Fukuşimadakı nüvə stansiyasının sıradan çıxması idi. Gündoğan ölkə hər nə qədər öz gücü ilə bu qlobal problemi aradan qaldırmaq istəsə də, sonradan dünya ölkələrindən və düşməni Rusiyadan kömək istəməkdən başqa çarəsi qalmadı.

Və ABŞ, Rusiya hərəkətə keçdi. Fukuşima nüvə stansiyasında sovurma işlərini reallaşdırmaq üçün dünyanın ən nəhəng su və beton nasosu Atlantadan rus nəqliyyat vasitəsi "Altonov A 124"ə yükləndi. "Wisconsin'deki Putzmeister America Inc." firması tərəfindən hazırlanan bu nasosun 26 daşıyıcı təkəri var. 60 metr uzadıla bilən qola sahib pompanı 3 kilometr uzaqlıqdan pultla idarə etmək mümkündür.

Bu nasosla Fukuşima Daiçi nüvə stansiyasının əlçatmaz nöqtələrinə, nüvə yanacağının olduğu hissələrin əriyib daha böyük bir fəlakət yaratmasının qarşısını almaq məqsədilə su püskürtüləcək.