Qaradağ rayonunda ağır yol qəzası

Qaradağ rayonunda ağır yol qəzası

8 İyul 2011 14:11
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 8-də saat 02.50 radələrində Qaradağ rayonu ərazisində Salyan rayon sakini Coşqun Yusifov idarə etdiyi "Ford-Tranzit" markalı avtomaşını qarşıda gedən Ağcabədi rayon sakini Temil Nəsibovun idarə etdiyi "Kamaz" markalı avtomaşına vurub. Nəticədə C. Yusifov hadisə yerində ölüb, xəsarət almış sərnişini, Salyan rayon sakini Elnur Abbasov isə xəstəxanaya yerləşdirilib. Fakta bağlı araşdırma aparılır.

Toqquşan yük maşınları bir-birinin yükünü artırdı.

Tofiq Əliyev

O.M.