İspaniyada buğalar küçəyə buraxıldı

İspaniyada buğalar küçəyə buraxıldı

8 İyul 2011 14:07
1 241
Bəyəndim (0) Bəyənmədim (0)

İspaniyanın şimalındakı Pamplona şəhərində düzənlənən ünlü San Fermin Festivalının ilk buğa oyunu dünən gerçəkləşdirildi. Yerli saatla 08-00-da Estafet küçəsində 6 buğa turistlərin dalınca qaçdı. Festivalın ənənəsinə uyğun ağ paltar geyinərək, qırmızı boğazlıq taxan macərasevərlər buğaların sərbəst buraxılması ilə dar küçədə qaçmağa başladılar. Yerli xəbər qaynaqları 2.5 dəqiqə davam edən 849 metrlik qaçışda 4 nəfərin yıxılaraq, xəsarət aldığını bildirdilər.

Buğada elə mədəniyyətsizlik yoxdur ki, insanı tapdalasın. Bir-birinə xəsarət verən elə insanlardır...

Günel Həbib

O.M.