Kombayn tarlada yatan insanı parçaladı

Kombayn tarlada yatan insanı parçaladı

8 İyul 2011 12:13
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Dənizli vilayətinin Güney rayonu Çorbaçıları kəndində bədbəxt hadisə baş verib. Dincəlmək üçün tarlada yatan 24 yaşlı işçi kombaynın altında qalaraq ölüb. Taxıl biçini vaxtı kombayn operator köməkçisi bir müddət dincəlmək üçün tarlada yatıb. Gecə vaxtı kombaynı qonşu tarlaya keçirmək istəyən 57 yaşlı operator bir müddət köməkçisini axtarsa da qaranlıqda onu tapa bilməyib. Köməkçisini tapa bilməyən operator təkbaşına qonşu tarlaya sürdüyü kombaynın çarxlarının üstündə qan izləri olduğunu görüb. Tələsik köməkçisini axtaran kombayn sürücüsü onu başı parçalanmış vəziyyətdə tapıb. Konya vilayətindən biçin mövsümü ilə əlaqədar Dənizliyə gedən operator köməkçisinin cəsədi araşdırılmaq üçün məhkəmə tibbi ekspertizasına aparılıb.

Bir-iki saatlıq yatmaq istəyirdi, birdəfəlik yatdı.

Tofiq Əliyev

O.M.