Magistral yolda körpü uçub

Magistral yolda körpü uçub

8 İyul 2011 11:31
Bəyəndim (0) Bəyənmədim (0)

Hacıqabul-Bəhrəmtəpə yolunun 8-ci kilometrində, Kür çayı üzərindəki körpü uçub. Bu barədə APA-nın Mil-Muğan bürosuna 34 saylı Yol İstismar İdarəsinin rəis müavini Nizami Məmmədov məlumat verib. Onun bildirdiyinə görə, Kür çayı üzərindəki körpünün üstündəki eninə iki dəmir-beton plitələrin uçması nəticəsində yolda avtomobillərin hərəkəti hər iki istiqamətdə dayandırılıb. Uçmuş 12 kvadrat metr hissənin bərpası üçün yeni beton plitələr gətirilib. Rəis müavini hərəkətin bu gün saat 17.00-a qədər bərpa olunacağını bildirib.

Tofiq Əliyev

O.M.