Bu gün Kristin Laqardın işi ilə bağlı qərar çıxarılacaq

Bu gün Kristin Laqardın işi ilə bağlı qərar çıxarılacaq

8 İyul 2011 10:53
840
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa məhkəməsi bir neçə gün əvvəl Beynəlxalq Valyuta Fondunun yeni rəhbəri vəzifəsinin icrasına başlamış iqtisadiyyat və maliyyə naziri Kristin Laqardın işinin araşdırılıb-araşdırılmaması ilə bağlı qərar verəcək. Kristin Laqard vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. O, 2008-ci ildə Fransa prezidenti Nikolya Sarkozi ilə yaxın olan iş adamı Bernar Tapiyə 200 milyon dollar təzminat ödənilməsi qərarına təsir göstərməkdə şübhəli bilinir. Bu şübhənin nə dərəcədə ədalətli olub-olmadığını isə bu gün respublika məhkəməsi qərara alacaq. Bu qərar hələ iyunda- Kristin Laqard BVF-nun mümkün yeni rəhbərlərindən biri ehtimal edilərkən gözlənilirdi.

BVF-in yeni rəhbərinin köhnə əməllərinə məhkəmə qiymət verəcək.

Tofiq Əliyev

O.M.