Qız Qalasında intihara cəhd

Qız Qalasında intihara cəhd

7 İyul 2011 17:22
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Qız Qalasında intihara cəhd olub. 20-25 yaşlı Günay adlı qız qalaya çıxaraq intihara cəhd edib. Ərazidə olan polis əməkdaşları hadisə barədə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedicilərinə məlumat veriblər. Xilasedicilərin apardığı psixoloji söhbət nəticəsində intihara cəhd edən şəxsi qaladan düşürmək mümkün olub. O Səbael rayon Polis İdarəsinə aparılıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, adı çəkilən şəxs qalaya çıxandan sonra telefonunu hündürlükdən yerə atıb. Onun telefonunda sevdiyi oğlandan ayrılması barədə SMS-lərin olduğu bildirilir. Telefon da polisə təhvil verilib.

Sevgi bəzilərinə yaşama həvəsi verir, bəzilərinə də...

Tofiq Əliyev

O.M.