Almaniyada əsgər yoldan 1 milyon avro tapıb

Almaniyada əsgər yoldan 1 milyon avro tapıb

7 İyul 2011 16:12
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya Bavariya şəhərində maraqlı hadisə baş verib. Belə ki, alman hərbçisi yoldan 1 milyon avro pul tapıb. Çox keçmədən pulun kimə məxsus olduğu bəlli olub. Sən demə, Obertulba şəhərindən çıxan inkassator maşınının yolda qapılarından biri açılıb. Nəticədə 20 km-ə yaxın yol qət edən avtomobildə olan pul kisələrindən biri yerə düşüb. Geri qayıdan inkassator yolda pulu axtarmağa başlayıb. Lakin axtarışlar heç bir nəticə verməyib. Bundan sonra polis əhaliyə kömək üçün müraciət edib. Nəticə özünü çox gözlətməyib. İki gündən sonra hərbçi tapdığı 1 milyon avronu polisə gətirərək təhvil verib. İndi tədqiqatçılar onun pulu nə üçün iki gün sonra qaytardığını araşdırılar.

Budur, alman dəqiqliyi...

Tofiq Əliyev

O.M.