Rusiyalı turistlər qəzaya uğradı

Rusiyalı turistlər qəzaya uğradı

7 İyul 2011 15:50
920
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Antalya şəhərində turist daşıyan avtobus qəzaya uğrayıb. Qəza nəticəsində səkkizi rusiyalı turist olmaqla 10 nəfər müxtəlif dərəcədə xəsarət alıb. "Xəsarət alanların hamısı xəstəxanaya çatdırılıb. Onlardan ikisinin vəziyyəti ağır olaraq qalır. Qəza yerli vaxtla səhər 06:00 radələrində baş verib. Avtobus turistləri Antalya şəhər aeroportundan gətirirmiş", - deyə Rusiya Federasiyasının Türkiyədəki baş konsulu Aleksandr Tostopyatenko bildirib. Polisin ilkin ehtimalına görə, avtobus sürücüsünün gözünə gün düşməsi və onun idarəetməni itirməsi nəticəsində baş verib.

İstirahət almaq istəyirdilər, xəsarət aldılar.

Tofiq Əliyev

O.M.