Saakaşvilinin şəxsi fotoqrafı casus imiş

Saakaşvilinin şəxsi fotoqrafı casus imiş

7 İyul 2011 13:51
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Gürcüstanda casusluq ittihamı ilə bir neçə fotoqraf və fotomüxbir həbs edilib. Onlar arasında prezidentin şəxsi fotoqrafı İrakli Gedenidze də var. Digər həbs olunanlar Natiya Gedenizde, Xarici İşlər Nazirliyinin fotoqrafı Giorgi Abdaladze, "Associated Press" agentliyinin fotomüxbiri Şaxa Ayvazovadır. Fotomüxbir Zurab Kurtsikidzenin də saxlanıldığına dair xəbər yayılıb. Onların hansı səbəblə saxlanıldığı barədə hələlik rəsmi açıqlama verilməyib. Lakin "Qruziya Online" saxlanılan şəxslərin casusluq ittihamı ilə həbs edildiyini bildirib. Fotoqrafların evlərində axtarış aparılıb, kompüterləri, mobil telefonları və digər şəxsi əşyaları müsadirə edilib.

Adətən deyirlər ki, fotoaparatdan quş çıxır. Yəqin fotoqraflar haradasa "quş" buraxıblar...

Tofiq Əliyev

O.M.