Almaniyada qum fırtınası

Almaniyada qum fırtınası

9 Aprel 2011 12:55
1 085
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın Rostok şəhəri yaxınlığında dünən birdən-birə qum fırtınası qopdu. Dəniz sahilində hərəkət edən avtomobillər də şübhəsiz ki, fırtınanın cənginə keçdilər. Görüş məsafəsi 0-a enən sürücülər də bir anda nəzarəti itirdilər. Nəticədə avtobanda hərəkətdə olan maşınlar bir-biriləri ilə toqquşdular. 17-si minik avtomobili olmaqla ümumilikdə 20-dən çox maşın zərər gördü. Hətta aralarında alovlanıb yananlar da oldu.

O ki qaldı insanlara, bu qəza 8 can aldı. 27 ağır, 131-i isə orta-ağır olaraq klinikaya yerləşdirilib.

O.M.