Dünən 5 həmyerlimiz suda boğulub

Dünən 5 həmyerlimiz suda boğulub

7 İyul 2011 15:00
862
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün Azərbaycanda 5 nəfər suda boğulub. Fövqəladə Hallar Nazirliyinin internet saytına istinadən verdiyimiz məlumata görə, Kür çayının Şəmkir rayonu ərazisindən keçən hissəsində 21 yaşlı Rahib Zöhrab oğlu Abbasov batıb. Onun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılıb.

Bundan başqa, Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində 2, Xəzər dənizinin nəzarətsiz ərazisində 2 nəfərin batdığı ehtimal olunur. Onların axtarışları davam etdirilir.
Dənizin nəzarət olunan və nəzarət olunmayan hissəsində çimərkən batma təhlükəsi ilə üzləşmiş 5 nəfər isə FHN əməkdaşları tərəfindən xilas edilib.

Adam hamamda da çimməkdən ehtiyat edir...

Günel Həbib

O.M.