Bir qaşıq bal qaz sayğacının sürətini azaldır

Bir qaşıq bal qaz sayğacının sürətini azaldır

7 İyul 2011 14:55
1 649
Bəyəndim (0) Bəyənmədim (0)

Qaz sayğaclarında "bu qədər də yox!" dedirdəcək ağla gəlməyən yeni bir yol kəşf edildi. Abonent qaz sayğacına bir qaşıq bal tökdü. Bal qazı ölçən diskin dönmə sürətini azaltdı. Məsələn, əgər normalda 10 manatlıq qazdan istifadə edilirdisə, bu halda 1 manatdan artıq qəbz gələ bilməzdi. Sağlıq baxımından hər dərdə dərman olan bal bu dəfə də başqa sektorda özünü "sınadı". Arının məhsulu dünya tarixinin bugünkü səhifəsinə - qaz istismarı sahəsində yeniliyə imzasını atdı. Onu da xatırladaq ki, hadisə qonşu ölkədə - Türkiyədə yaşanıb.

Qaza gəlib qaz sayğaclarına bal tökməyin. Çünki bu xəbəri qaz istismarı idarəsinin işçiləri də oxudu...

Günel Həbib

O.M.