Qızları dəfələrlə zorlanan ata özünü öldürdü

Qızları dəfələrlə zorlanan ata özünü öldürdü

7 İyul 2011 14:25
2 344
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Adana şəhərində 45 yaşlı Rəcəb Kaya dükanında özünü güllə ilə vuraraq intihar edib. Onun həyatla könüllü vidalaşmasının səbəbi isə qızlarının başına gələn faciələrdir.

Rəcəb Kayanın böyük qızı 19 yaşlı Özgür Kaya bu ilin yanvar ayında evdən qaçmışdı. Gənc qız yanına getdiyi 20 yaşlı Məhəmməd Demirtaş ilə əyləndi, sonra da öz istəyi ilə bir yerdə oldu. Ertəsi gün rəfiqəsinin evinə yollanan Özgürə səhər saatlarında zəng edən Məhəmməd onu dostunun evindəki ad gününə çağırdı. Ad günündə araq içirdilərək sərxoş edilən Özgürü əvvəlcə Məhəmməd, sonra da 6 dostu zorladılar. Bir həftə sonra evinə qayıdan Özgür Kaya sanki heç nə olmamış kimi həyatına davam etdi. O, başına gətirilənləri ata-anasına deməkdən qorxurdu. Mayda isə Özgürün 16 yaşlı bacısı Əminə evdən qaçdı. O da böyük bacısının "sevgilisi" Məhəmməd Demirtaşın evinə yollandı. Böyük bacısıtək o da içirdilib sərxoş edildi və təcavüzə məruz qaldı. Əminəni Məhəmməddən sonra 5 kişi də zorladı. Həmin evdə bir həftə əsir saxlanılan qız qurtulub qaça bildi və başına gətirilənləri ailəsinə danışdı. Bundan sonra Özgür də eyni faciəyə məruz qaldığını dedi. Valideynlər polisə xəbər verdilər. 8 nəfər şübhəli şəxs qismində tutuldu.
Ata Rəcəb Kaya isə vaxtını 9 ay əvvəl açdığı və böyük qızının adını verdiyi dükanda keçirirdi. Onu evə çağıran arvadına isə, "Bu bəlaya dözmək olarmı?" - deyirdi.
Sarçam rayonundakı Orxanqazi məhəlləsində Atatürk küçəsində yerləşən dükanda o, həyatının son gününü yaşadı. Rəcəb Kaya tapançanı gicgahına dayayaraq atəş açdı və intihar etdi.

Qız ağacı-qoz ağacı, hər gələn daş atıb keçər. Bu dəfə daş çox olduğundan qızların atasının başına dəydi...

Günel Həbib

O.M.