Tərtərdə avtobusla minik maşını toqquşdu

Tərtərdə avtobusla minik maşını toqquşdu

7 İyul 2011 11:18
837
Bəyəndim (0) Bəyənmədim (0)

Tərtər rayonunun Cəmilli kəndi ərazisində sərnişin avtobusu ilə "VAZ 21009" markalı avtomobil bir-birinə çırpılıb. Nəticədə "VAZ 21009"un sürücüsü hadisə yerində dünyasını dəyişib. Avtomobillərdə olan 3 nəfər isə ağır bədən xəsarətləri ilə Tərtər və Bərdə rayonlarının mərkəzi xəstəxanalarına yerləşdiriliblər. Yaralılardan ikisinin vəziyyəti daha ağır qiymətləndirilir.

Yollarda ehtiyatlı olmaq lazımdır. Əks halda bu yol çox uzaqlara apara bilər.

Tofiq Əliyev

O.M.