Respublikada istilik 42 dərəcəyə çatacaq

Respublikada istilik 42 dərəcəyə çatacaq

7 İyul 2011 12:19
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda və Abşeron yarımadasında həftənin ikinci yarısında isti hava şəraiti müşahidə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 7-də az buludlu, yağmursuz hava şəraiti müşahidə ediləcək. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37°, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24° isti olacaq.

İyulun 8-də də az buludlu, yağmursuz hava proqnozlaşdırılır. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti olacaq. Azərbaycanın rayonlarında sabah şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 12-17° isti, gündüz 26-31° isti təşkil edəcək.

İyulun 8-də qərb küləyi əsəcək və yağmursuz hava şəraiti müşahidə ediləcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti,

dağlarda gecə 14-19° isti, gündüz 28-33° isti olacaq.

Havanın necə olmasından asılı olmayaraq sizə daim aydın səma arzulayırıq.

Günel Həbib

O.M.