Misrata uğrunda döyüşdə 14 üsyançı ölüb, 50 nəfər yaralanıb

Misrata uğrunda döyüşdə 14 üsyançı ölüb, 50 nəfər yaralanıb

7 İyul 2011 10:43
Bəyəndim (0) Bəyənmədim (0)

Liviyanın Misrata şəhərində hökumət qüvvələri ilə üsyançılar arasında baş vermiş şiddətli döyüşdə 14 nəfər ölüb, 50-dək adam yaralanıb. Ölənlərin hamısı müxalifət tərəfdarlarıdır. Qeyd edək ki, Liviyanın neft sənayesinin ən mühüm mərkəzlərindən biri olan Misrata uğrunda döyüşlər artıq bir neçə aydır davam edir. Bundan başqa, Liviyalı üsyançılar ölkənin qərbində Qavaliş və Kikla şəhərlərinə nəzarəti ələ keçirdiklərini bəyan ediblər. İki şəhər uğrunda gedən döyüşdə 1 üsyançının öldüyü, 5 nəfərin isə yaralandığı xəbər verilir. Liviya xarici işlər nazirinin müavini Xalid Kaim isə Tripolidə keçirdiyi mətbuat konfransında Qavaliş şəhərinin üsyançılar tərəfindən qısa müddət tutulduğunu təsdiqləsə də, hökumət qüvvələrinin onları sıxışdıraraq şəhərdən çıxardığını deyib. Xalid Kaim eyni zamanda NATO-nu ölkəyə aviazərbələri gücləndirərək dinc sakinlərin mühafizəsi ilə bağlı BMT mandatına zidd addım atmaqda ittiham edib. Onun sözlərinə görə NATO-nun əməliyyatları uğursuzluqla nəticələnəcək, ancaq bundan yalnız dinc sakinlər ziyan çəkəcək. Xalid Kaim NATO təyyarələrinin Nafusa şəhərində polis məntəqələrini hədəfə aldığını, şərqdə əsas neft şəhəri sayılan Breqada yanacaq deposunu məhv etdiyini bildirib, Liviya rəsmisi həmçinin qeyd edib ki, onlar qərbin tutduğu Kolumbiyalı və ərəb muzdluların paytaxt Tripoliyə doğru irəliləməyə çalışan üsyançılar tərəfində vuruşduğuna dair dəlillərə də malikdir.

NATO alovun üstünə su tökməkdənsə, benzin tökür.

Tofiq Əliyev

O.M.