Yük maşını aşdı: iki nəfər ölüb, bir nəfər xəsarət alıb

Yük maşını aşdı: iki nəfər ölüb, bir nəfər xəsarət alıb

6 İyul 2011 17:55
911
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün saat 17.00 radələrində, Bakı-Şamaxı yolunda - Xocasən qəsəbəsi ərazisində ağır yol qəzası baş verib. Bakı şəhəri istiqamətində hərəkət edən "Ford" markalı yük maşını yoldan çıxaraq aşıb. Nəticədə maşında olan ər-arvad hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan daha bir nəfər sərnişin isə ağır xəsarət alıb. Ölən və yaralananların adları hələlik məlum deyil. İlkin məlumata görə, qəzanın baş verməsinə sürücünün sükan arxasında yuxulaması səbəb olub. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Maşının aşması 2 nəfərin həyatını alt-üst etdi.

Tofiq Əliyev

O.M.