Bakının Yasamal rayonunda su təchizatı məhdudlaşdırılıb

Bakının Yasamal rayonunda su təchizatı məhdudlaşdırılıb

6 İyul 2011 12:17
880
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərsu" ASC istehlakçıların nəzərinə çatdırır ki, Bakı şəhərinin Akim Abbasov və Ələsgər Ələkbərov küçələrinin kəsişməsində 350 mm diametrli su xəttində baş vermiş qəza ilə əlaqədar Yasamal rayonunun bəzi ərazilərinə içməli suyun verilişində məhdudiyyətlər yaranıb. ASC-dən verilən məlumata görə, bununla əlaqədar "Salyan kazarması" adlanan hərbi şəhərcik, İ.Qutqaşınlı küçəsi və İzmir prospektinin bir hissəsində su təchizatı müvəqqəti dayandırılıb. Qeyd edək ki, iyulun 5-i axşam saatlarından Yasamal Sukanal Sahəsinin qəza-bərpa qrupu qəzanın nəticələrinin aradan qaldırılmasına başlayıb və təmir işləri bu gün başa çatdırılacaq.

Arzu edirik ki, axar sularınız qurumasın.

Tofiq Əliyev

O.M.