Ölkədə temperatur bu gündən tədricən yüksələcək
Azərbaycanın rayonlarında bu gün 40 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 13-18 dərəcə isti, gündüz 25-30 dərəcə təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında bu gün hava
şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir əsən
güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə
20-23, gündüz 30-35 dərəcə təşkil edəcək. Abşeron çimərliklərində dəniz
suyunun temperaturu 23-24 dərəcə isti olacaq.
Yaxın 2 gündə hava şəraitinin yağmursuz keçəcəyi,
arabir güclənən şimal-qərb küləyinin gündüz mülayimləşəcəyi, sonrakı gündə
cənub küləyi ilə əvəz olunacağı, temperaturun tədricən yüksələcəyi
gözlənilir.
Bu isti yay günlərində hamınıza çoxlu pul arzulayıram ki. sərinləşə biləsiniz...
Günel Həbib
O.M.








































.jpg)
.jpg)
.jpg)


















































