Quba məzarlığında sümüklərlə dolu yeganə quyu çatlayıb

Quba məzarlığında sümüklərlə dolu yeganə quyu çatlayıb

5 İyul 2011 15:48
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın yeganə şahidi olan Quba məzarlığındakı sümüklərlə dolu yeganə quyu çatlayıb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Qubada aparılan arxeoloji ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev bildirib. Onun sözlərinə görə, havaların isti keçməsi məzarlıqdakı torpaqda quruma yaradıb, bu isə öz növbəsində çatlamaya səbəb olub: "Ən pis hal odur ki, çatlama sümüklərlə dolu yeganə quyunun yuxarı hissəsində də qeydə alınıb. Bu isə o deməkdir ki, biz bu quyunu itirə bilərik". Q. Ağayevin sözlərinə görə, artıq 4 ildir məzarlıq primitiv üsullarla qorunur: "Havalar yağışlı keçəndə məzarlığı rütubətdən qorumaq üçün quru torpaqdan istifadə edilir. İndi isə torpaq armaturla deşilib, ora nəm torpaq vurulmalıdır. Amma bu primitiv üsullar uzun müddət davam edə bilməz".

Tariximizə yiyə durmalı, kimliyimiz və varlığımızı qorumalıyıq.

Tofiq Əliyev

O.M.