Toydan qayıdan mikroavtobus “Kamaz”la toqquşdu

Toydan qayıdan mikroavtobus “Kamaz”la toqquşdu

5 İyul 2011 13:37
938
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saatlarında Qaradağ rayonu, Qobustan qəsəbəsində ağır yol qəzası baş verib. APA-nın məlumatına görə, Şəkidə keçirilən toy mərasimindən Bakıya gələn "Mercedes" markalı mikroavtobus "Kamaz" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində mikroavtobusda olan 7 nəfər xəsarət alıb. Təcilli Tibbi Yardım Stansiyasının Qobustan qəsəbəsində yerləşən yardımçı stansiyasından bildirilib ki, qəza zamanı xəsarət alanlardan 4 nəfəri - 36 yaşlı Təranə Şabanova, 30 yaşlı Gülçöhrə Seyidxanova, 31 yaşlı Vüsalə və 36 yaşlı Gülnarə Şirinova bacıları Klinik Tibbi Mərkəzə yerləşdiriliblər. Digər yaralılar isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Sürücü yolunu azmasa maşın yolunu azmaz.

Tofiq Əliyev

O.M.