Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Bakıda 16 mərtəbəli binada yanğın baş verib

8 Aprel 2011 13:05
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, bu gün saat 11.00 radələrində Tbilisi prospekti, 86 ünvanında yanğın qeydə alınıb. 16 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindəki mənzildə meydana gələn yanğın nəticəsində 1 nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisə yerinə gələn yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı tezliklə alınıb.
Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.

O.M.