4 avtomobil toqquşdu: iki ölü, dörd yaralı

4 avtomobil toqquşdu: iki ölü, dörd yaralı

5 İyul 2011 10:04
932
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 4-də saat 22:00 radələrində Bakı-Qazax yolunun 172-ci kilometrliyində, Kürdəmir rayonu ərazisində dəhşətli yol qəzası baş verib. "Toyota Prado" markalı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən qəflətən qarşı tərəfdən gələn avtomobillərin yoluna çıxıb və ardıcıl olaraq "Daewoo Espero", "VAZ 21015" və "Opel Astra" markalı minik maşınlarına çırpılaraq onları aşırıb. Sürətin yüksək olması səbəbindən "Toyota Prado" özü də yoldan çıxaraq bir neçə dəfə aşıb. Qəza nəticəsində Gəncə sakini, 1986-cı il təvəllüdlü Fərid Fərəcov və Bərdə sakini olan iki aylıq uşaq Ləman Abbaszadə dünyasını dəyişib, Bərdə sakini, 1982-ci il təvəllüdlü Brilyant Abbasova və 1988-ci il təvəllüdlü Cavid Abdullayev, Bakı sakini, 1988-ci il təvəllüdlü Zamiq Mirzəpur və 1973-cü il təvəllüdlü Vüqar Allahverdiyev müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Onlar Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. "Toyota Prado"nun sürücüsünün kimliyi hələlik məlum deyil. Polis qəza yerinə gələndə o, hadisə yerində olmayıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Yüksək sürət hərdən ölümü də sürətləndirir.

Tofiq Əliyev

O.M.