Hindistanda 140 illik otaqların sirri açıldı

Hindistanda 140 illik otaqların sirri açıldı

4 İyul 2011 17:40
Bəyəndim (0) Bəyənmədim (0)

Hindistanın cənubundakı hindu məbədində bərpa işləri zamanı 5 gizli otaq tapılıb. Otaqların içindən təxminən 22 milyard dollarlıq qızıl, brilliant və gümüş, eləcə də digər bahalı daş-qaşlar tapılıb. Karela əyalətindəki "Sree Padmanabhasvami" məbədində 140 ildən bu yana bərpa işləri aparılmamışdı. Məbəd əyalətə aid edildikdən sonra ibadətxananın əldən keçirilməsi lazım gəlib. 16-cı əsrdə Travankore krallığı tərəfindən tikilən məbədin sütunlarını möhkəmləndirmək üçün yerin dibinə enən komanda heyəti qızıl və gümüşlərlə dolu olan 5 otaq tapıb. Nəhəng xəzinənin ilkin hesablamalara görə, 22 milyard dollar dəyərində olduğu bildirilir. Gizli hissələrin 140 ildən bu yana bağlı olduğunu söyləyən səlahiyyətlilər xəzinənin hesablanması bir həftə vaxt tələb etdiyini və yalnız bundan sonra xəzinənin dəqiq dəyərinin ortaya çıxacağını söyləyiblər. Karelanın əyalət sədri K.Cayakumar, "Hələ ki, məbədin altına ağzı açılmamış gizli otaqlar qalıb", - deyə bildirib.

Qızıl zibilliyə düşsə də öz dəyərini itirmir.

Günel Həbib

O.M.