Boşanmaların dörddən biri SMS-lə həyata keçirilir

Boşanmaların dörddən biri SMS-lə həyata keçirilir

4 İyul 2011 15:50
Bəyəndim (0) Bəyənmədim (0)

Birləşmiş Ərəb Əmirliyinin ticarət şəhəri olan Dubayda ötən il müsəlmanlar arasında boşanan 555 cütlükdən 150-sinin bu prosesi SMS vasitəsilə həyata keçirdiyi bildirilib. Ərəb dilində çap olunan "Emarat El Yevm"in statistikaya söykənən xəbərinə görə, müsəlman qadınları arasında bu, çox geniş vüsət alıb. Belə ki, kişilərin boşanmaq istədikləri təqdirdə əks tərəfə 3 dəfə "boş ol" deməsi yetərlidir. Qadın üçün bu keçərli olmadığına görə kişiyə SMS vasitəsilə boşanmaq istədiyini bildirir. Ondan "hə" cavabı aldıqdan sonra hüquqi baxımdan hazırlıqlar görülür. Kişi öz SMS-ni məhkəmədə də təsdiqləsə, o qadın rəsmi sürətdə azad olur.

SMS-lə boşanan MMS-lə barışar.

Günel Həbib

O.M.