Çində iki şaxtada qəza

Çində iki şaxtada qəza

4 İyul 2011 13:10
913
Bəyəndim (0) Bəyənmədim (0)

Qəzalardan biri Quansi əyalətində baş verib. Şaxtanın çökməsi nəticəsində 3 nəfər ölüb, 19 nəfər isə 390 metr dərinlikdə qalıb. Xilaskarlar şaxtaçıları çıxarmaq üçün yerin altından təhlükəli qazı çəkməyə çalışırlar.

Qonşu Quyçjou əyalətində isə şaxtanı su basması nəticəsində 21 nəfər yerin altında qalıb. Təbii fəlakətin davam etməsi ilə əlaqədar xilas işləri də dayandırılıb. Şaxtaçıların çətin ərazidə olması xilas işlərini də çətinləşdirib.

Şaxtaçılar sözün əsl mənasında yerin altına girdilər.

Tofiq Əliyev

O.M.