Görəsən, xiyara oxşayan telefon kimə lazım olacaq?

Görəsən, xiyara oxşayan telefon kimə lazım olacaq?

2 İyul 2011 16:55
Bəyəndim (0) Bəyənmədim (0)
"Apple"dən tərəvəzli yeni model

"İphone"nin bütün dünyada populyarlıq qazandığı bir vaxtda həvəskarları 1, 2, 3 və 4-cü buraxılışdan sonra bu seriyadan olan növbəti cihazı gözləməyə başladılar. İki təşəbbüskar gənc isə həvəskarların bu intizarına özlərinə məxsus bir şəkildə cavab verdi. Onların hazırladığı "cihaz"ı görənlər barmaqlarını yox, bu aləti dişləmək istəyir. Belə ki, yeni telefon cihazı badımcan, banan, portağal, xiyar, kivi, limon, alma, böyürtkən, moruq, üzüm, qarpız, yemiş və s. bu kimi meyvə və tərəvəzlə hazırlanır.

Yeyilən meyvə-tərəvəz həzm prosesindən sonra formasını "itirir". Deməli, işlənmiş telefonlar da ürəkbulandırıcı olacaqlar...

Günel Həbib

O.M.