Cütlük toya velosideplə getdi

Cütlük toya velosideplə getdi

2 İyul 2011 19:35
Bəyəndim (0) Bəyənmədim (0)
Görəsən, siqnal səsini haradan çıxarıblar?

Türkiyədə ailə qurmağa qərar verən həkim cütlük "zaqs"a velosipedlə gedib. Hadisə İzmir şəhərində baş verib və dost-tanışları da nikaha gedən cütlüyü velosipedlə müşayiət edib. Məlumata görə, hər ikisi həkim olan Səma Berktaş və İlker Akın keçən il Kapadokiya velosiped festivalında tanış olublar. Bir müddət sonra ailə qurmağa qərar verən cütlük nikahlarını rəsmiləşdirmək üçün bələdiyyə nikah salonuna velosipedlə gedib. Velosipedlər isə adi gəlin maşını kimi şarlarla və çiçəklərlə bəzədilib. Qeyd edək ki, təzə bəylə gəlin nikah salonuna 50 velosipeddən ibarət kortejlə gedib.

Velosipedlə də olsa, təki hər kəs toya tələssin...

Günel Həbib

O.M.