Tarix bu gündən bizə nə xəbər verir?

Tarix bu gündən bizə nə xəbər verir?

2 İyul 2011 16:51
987
Bəyəndim (0) Bəyənmədim (0)

Miladi: 02 iyul 2011.

Hicri: 30 Rəcəb 1432.
İlin 183-cü günü.
İlin sonuna 182 gün qalır.
455-ci ildə Vandallar Romaya girərək 2 həftə boyu bu şəhəri qarət etdilər.
1029-cu ildə İslam xəlifəsi Əl-Müstənsir Billah dünyaya gəlib.
1566-cı ildə həkim-kahin Mişel de Notrdam vəfat edib.
1877-ci ildə yazıçı Hermann Hesse dünyaya gəlib.
1882-ci ildə italyan inqilabçı Cüzeppe Qaribaldi vəfat edib.
1900-cü ildə Fredrixşafen Almaniya yaxınlarında ilk Zeplin uçuşunu həyata keçirib.
1918-ci ildə Azərbaycan Demokratik Respublikasının Daxili işlər nazirliyi yaradılıb.
1924-cü ildə ABŞ konqresi ölkədə doğulan bütün vətəndaşlarına səs vermə hüququ versə də, 1948-ci ilə qədər bir çox əyalətdə yerlilər bu hüquqdan məhrum edilib.
1924-cü ildə Parisdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) yaradılıb.
1941-ci ildə Türkiyə Cinayət məcəlləsinin 526-cı maddəsinə dəyişiklik edilərək ərəbcə azan oxuyanların cəzalandırılması irəli sürülüb.
1960-cı ildə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov anadan olub.
1961-ci ildə yazıçı Ernest Heminquey vəfat edib.
1964-cü ildə Fələstin Azadlıq Təşkilatı yaradılıb.
1977-ci ildə yazıçı Vladimir Nabokov vəfat edib.
1990-cı ildə Həcc ziyarətindəki Mina dağında baş vermiş izdihamda 1426 nəfər ölüb.
1993-cü ildə Türkiyənin Sivas şəhərindəki " Madımak " oteli terrorçular tərəfindən yandırılıb, bu vaxt oteldə olan 37 nəfər yanaraq ölüb.
1993-cü ildə türk yazıçı Asım Bezirci vəfat edib.

1918-ci ildə Azərbaycan polisi yaradılıb.

2011-ci ildə bir nəfər yazdığı xronoloji məlumatla bəzi oxucuların əsəbi ilə oynayıb...

Günel Həbib

O.M.