Bakıda 16 kiloluq sinəsi olan qadın əməliyyat edildi

Bakıda 16 kiloluq sinəsi olan qadın əməliyyat edildi

8 Aprel 2011 16:12
Bəyəndim (0) Bəyənmədim (0)
Bu, dünya üzrə sayca 20-ci hadisədir


Dünən "Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu"nda qəribə bir hadisə baş verdi. Sinə ölçüləri normadan artıq böyümüş hamilə qadın həkimlərin cərrahi müdaxiləsinə səbəb oldu. Belə ki, hamiləlik müddəti boyu qarın nahiyəsi ilə bərabər sinəsi də hədsiz dərəcədə şişmiş və hər biri 8 kiloqramadək böyümüş Sevinc adlı xanım

Uzun müddətdən bəri özünü narahat hiss edirdi.


Həkimlər konsiliumdan sonra belə qərara gəldilər ki, Onkoloji mərkəzdən nümayəndə dəvət etsinlər. Onkoloqlar pasientdə heç bir onkoloji xəstəliyin müşahidə olunmadığını bildirsələr də, ümumi qərara əsasən cərrahi əməliyyat həyata keçirildi.


Hər iki sinəsi kəsilən Sevinc hazırda müalicəsini adıçəkilən institutun reanimasiya şöbəsində davam etdirir. Vəziyyəti orta ağır olaraq qiymətləndirir.


Bizə daxil olan məlumatda o da bildirilir ki, Göyçaydan gəlmiş Sevinc səhhəti ilə bağlı problemlər yaşamaqla yanaşı ailəvi problemləri də az deyil. Belə ki, hadisədən xəbər tutan həyat yoldaşı ondan ayrılmaq qərarı verib.


Onu da bildirək ki, analoji hadisəyə dünyada çox nadir hallarda təsadüf olunur. Yerli mütəxəssislərin fikrincə, bu, sayca 20-cidir.


Könül Aypara

O.M.