Səddam Hüseynin işgəncə "aləti" olan həkimi ingilislər 7 il bəsləyiblər

Səddam Hüseynin işgəncə "aləti" olan həkimi ingilislər 7 il bəsləyiblər

2 İyul 2011 19:25
989
Bəyəndim (0) Bəyənmədim (0)
Qərbin ikili standartı

Səddam Hüseynin "cəlladı" olan Məhəmməd Qasım Əl-Biyatinin 7 ildir ki, İngiltərə xəstəxanalarında fəaliyyət göstərdiyi ortaya çıxdı. Sən demə, bu müddət ərzində həkimə İngiltərədə işləmək üçün rəsmən icazə verilib. "Daily Mail"in xəbərinə görə, Səddamın terror küləkləri əsdirdiyi dönəmdə həkimin əsas vəzifəsi işgəncəyə məruz qalanları müalicə etmək və daha çox işgəncələrə dözə bilməsi üçün onları "işlək" vəziyyətə gətirməkdən ibarət idi. Xatırladaq ki, bu illər ərzində minlərlə xəstəni müalicə edən Məhəmmədlə İngiltərənin Daxili İşlər Nazirliyi ciddi məşğul olacaq.

Həkimlər Hippokrat andı içirlər. Ataların isə belə bir sözü var: "Yalançı and içər"..

Günel Həbib

O.M.