Respublikada satışda olan dondurmalarda xəstəlik tapıldı

Respublikada satışda olan dondurmalarda xəstəlik tapıldı

2 İyul 2011 15:51
Bəyəndim (0) Bəyənmədim (0)

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Qranit" firmasına məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən "Karnaval" eskimo plombir dondurmalarında yağın kütlə payının etiket göstəricisindən, turşuluğun normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox, "Classik" eskimo plombir dondurmalarında turşuluğun normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) və S.aureus bakteriyalarının olduğu, "Ailəvi" plombir dondurmalarında yağın kütlə payının etiket göstəricisindən, turşuluğun və quru maddənin kütlə payının normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) və S.aureus bakteriyaları olduğu, "Eleqant" plombir dondurmalarında yağın kütlə payının etiket göstəricisindən az, mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox, tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) olduğu, "Bosman" plombir dondurmasında yağın kütlə payının etiket göstəricisindən, turşuluğun normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqonizmlərin sayının normadan çox olduğu və tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar) və S.aureus bakteriyaları olduğu aşkar edilib.
Laborator müayinələrin nəticələrinə əsasən, insan orqanizmi üçün təhlükəli 2103,44 kq dondurmanın qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən "Qranit" firmasına icrası məcburi göstəriş verilib.

Dondurma xəbərindən donub qalmayın, dondurma yeyin...

Günel Həbib

O.M.