Daha bir rus jurnalisti “qara siyahı”ya düşdü

Daha bir rus jurnalisti “qara siyahı”ya düşdü

1 İyul 2011 17:58
Bəyəndim (0) Bəyənmədim (0)

Rəsmi Bakının icazəsi olmadan işğal altında olan Azərbaycan ərazilərinə səfər etdiyi üçün rus jurnalisti Yuri Sneqirov Xarici İşlər Nazirliyinin (XİN) "qara siyahısı"na salınıb. Bu barədə APA-ya XİN mətbuat katibi Elxan Poluxov bildirib. E. Poluxovun sözlərinə görə, Y. Sneqirovun bundan sonra Azərbaycan ərazisinə səfər etməsi mümkün olmayacaq. Qeyd edək ki, Dağlıq Qarabağa qanunsuz səfər edən rusiyalı jurnalistin "İzvestiya" qəzetində iki reportajı dərc olunub. "Qarabağda müharibə gözləmirlər, amma hazırlaşırlar" adlı reportaj iyunun 29-da, "Dağlıq Qarabağın hərbi sirri tapılıb" adlı reportaj isə iyunun 30-da işıq üzü görüb.

Artıq tamah baş yardı.

Tofiq Əliyev

O.M.