Bu gün Misirdə "Qisas günü"dür

Bu gün Misirdə "Qisas günü"dür

1 İyul 2011 17:39
1 034
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecədən başlayaraq Misirin paytaxtı Qahirədəki "Təhrir" meydanında yenidən çadır düşərgəsi salınıb. Nümayişçilər bu gün "Qisas günü" elan ediblər. Kütləvi etiraz aksiyasına sosial şəbəkələr vasitəsilə çağırış edilib. "Qisas günü"nün keçirilməsi təşəbbüsünü isə 10 gənclər hərəkatı və 7 siyasi partiya irəli sürüb. Aksiya təşkilatçıları Misir xalqını hökumətdən 25 yanvar inqilabının bütün tələblərinin yerinə yetirilməsinə nail olmağa çağırırlar. Qeyd edək ki, ənənəvi demokratik islahatlar tələblərinə indi gənclər yenilərini də əlavə ediblər. Bunlardan ən əsası daxili işlər nazirliyinin "Təhrir" meydanında nümayişçilərə qarşı güc tətbiq edilməsində əlaqəli olan yüksək rütbəli məmurlarının cəzalandırılmasıdır. Misirin daxili işlər nazirliyi artıq etiraz aksiyasının keçirilməsinə müdaxilə etməyəcəyini bəyan edib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına sadəcə Qahirədəki obyektlərin təhlükəsizliyini təmin etmək tapşırığı verilib.

"Təhrir" meydanı təhqir meydanına çevriləcək.

Tofiq Əliyev

O.M.