Həqiqi hərbi xidmətə çağırış başladı

Həqiqi hərbi xidmətə çağırış başladı

1 İyul 2011 16:00
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, iyulun 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlanıb. Məlumata görə, bir ay davam edəcək çağırış prosesində minlərlə gənc hərbin sirlərinə dərindən yiyələnmək, Vətənin keşiyində əzmlə dayanmaq kimi şərəfli borcunu yerinə yetirmək üçün əsgəri xidmətə yollanacaq.

Fərmana əsasən, "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Qanuna uyğun olaraq Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin komplektləşdirilməsi üçün 1993-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1976-1992-ci illərdə doğulmuş, yaşı 35-dək olan, respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan vətəndaşları 2011-ci il iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılırlar. Fərmana uyğun olaraq "Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2011-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Yastığımız vətən daşı, yorğanımız qar olsun...

Günel Həbib

O.M.