"Azərekspresspoçt" yeni xidmət növünə başlayır

"Azərekspresspoçt" yeni xidmət növünə başlayır

1 İyul 2011 15:32
851
Bəyəndim (0) Bəyənmədim (0)

Poçt rüsumları ünvançının qabaqcadan edilmiş rəsmi müraciətinə əsasən onun tərəfindən ödənilə bilər.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" MMC-nin "Azərekspresspoçt" Rabitə Müəssisəsi bu günlərdə yeni xidmət növünün tətbiqinə başlayıb. Nazirliyin rəsmi saytında yerləşdirilmiş məlumata görə, respublika daxilində ilk dəfə müəssisə tərəfindən təklif olunan yeni xidmət növünün mahiyyəti göndərişlərin poçt rüsumlarının ünvançının qabaqcadan edilmiş rəsmi müraciətinə əsasən onun tərəfindən ödənilməsindən ibarətdir. Qeyd edək ki, "Azərekspresspoçt" dünyanın 190-dan artıq ölkəsində beynəlxalq EMS (Express Mail Service - poçt göndərişlərinin ekspress-çatdırma xidməti), Azərbaycanda ölkədaxili EMS, Bakı və Bakı ətrafı ərazilərdə təcili və güniçi kuryer xidmətləri göstərir.

Qoy hamının məktubu ünvanına yetişsin...

Günel Həbib

O.M.