Rusiya jurnalistləri Liviyada əsir düşdülər

Rusiya jurnalistləri Liviyada əsir düşdülər

8 Aprel 2011 15:41
1 018
Bəyəndim (0) Bəyənmədim (0)
Onların taleyi məlum deyil


Cümə günü saat 13:10 radələrində Rusiyanın "Komsomolskaya pravda" qəzetinin Liviyadakı xüsusi müxbirləri Əcdəbiyə şəhərində naməlum şəraitdə girov götürülüblər.

Reportyorlar əsir düşərkən son məlumatı mərkəzə göndərməyə nail olublar. Məlumatda bildirilir ki, çəkiliş qrupunu Liviya müxalifətçiləri tutublar və onların arasında NTV kanalının işçiləri də var.

Jurnalistlər hara aparıldıqlarını bilmədikləri barədə xəbəri göndərərkən rabitə kəsilib. Hazırda onların tapılması üçün Rusiya Xarici İşlər Nazirliyi səviyyəsində tədbirlər görülür.


O.M.