Tarixin bugünkü səhifəsində nələr var?

Tarixin bugünkü səhifəsində nələr var?

1 İyul 2011 12:56
Bəyəndim (0) Bəyənmədim (0)

Miladi: 01 iyul 2011.

Hicri: 29 Rəcəb1432.

İlin 182-ci günü.
İlin sonuna 183 gün qalır.

798-ci ildə Xürrəmi hərəkatının lideri Babək Xürrəmi dünyaya gəlib.

1683-cü ildə Osmanlı ordusunun Vyanaya yürüşü başlayıb.

1736-cı ildə 23-cü Osmanlı padşahı III Əhməd vəfat edib.

1798-ci ildə Napoleon Misiri işğal edib.

1800-cü ildə Karl Vitte dünyaya gəlib.

1806-cı ildə yazıçı və ictimai xadim İsmayıl bəy Qutqaşınlı dünyaya gəlib.

1860-cı ildə ABŞ ixtiraçısı Carlz Qudyiər vəfat edib.

1961-ci ildə Uels şahzadəsi Diana anadan olub.

1894-cü ildə ABŞ detektivi Alan Pinkerton vəfat edib.

1912-ci ildə Almaniya futbolçuları Rusiyanı 16:0 hesabı ilə məğlub ediblər.

1921-ci ildə Çin Kommunist Partiyası qurulub.

1960-cı ildə Somali müstəqillik qazanıb.

1962-ci ildə Ruanda müstəqillik qazanıb.

1962-ci ildə Burundi müstəqillik qazanıb.

1966-cı ildə İlk rəngli televiziya yayımı Kanadanın Toronto şəhərindən başlayıb.

1979-cu ildə "Sony" şirkəti "Walkman" adlı mobil kaset dinləmə cihazını satışa çıxarıb.

1988-ci ildə Sov. İKP MK Qorbaçovun "Yenidənqurma" siyasətini təsdiq edib.

1994-cü ildə 27 illik sürgün həyatından sonra Fələstin Azadlıq Təşkilatının lideri Yasir Ərəfat Fələstinə geri qayıdıb.

1996-cı ildə Azərbaycan Respublikası İrlandiya ilə diplomatik əlaqələr qurub.

1997-ci ildə İngiltərə Honq Konqu Çin Xalq Respublikasına verib.

1998-ci ildə Azərbaycan Respublikası Tunis ilə diplomatik əlaqələr qurub.

2006-cı ildə Avstriya Avropa Birliyinin prezidentliyini Finlandiyaya verib.

2011-ci ildə gələcəyin məşhur jurnalisti, yəni bəndəniz bu yazını qələmə alıb...

Günel Həbib

O.M.