Qəbul imtahanlarına mobil telefonlara qarşı xüsusi texnologiya

Qəbul imtahanlarına mobil telefonlara qarşı xüsusi texnologiya

1 İyul 2011 12:38
Bəyəndim (0) Bəyənmədim (0)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə qəbul imtahanlarına mobil telefonların keçirilməsinin qarşısını almaq üçün xüsusi texnologiyadan istifadə edəcək. APA-nın xəbərinə görə, bunu bu gün keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib. M. Abbaszadə deyib ki, mobil telefonların yoxlanılması üçün əvvəlki illərdə də müəyyən texnologiyalardan istifadə edilib: "Amma bu il bu texnologiya daha da təkmilləşdirilib. Kim mobil telefonlarla imtahan binalarına girsə, biz dərhal bunu biləcəyik. Həmin adam dərhal tapılacaq və onun nəticələri heç nəyə baxılmadan ləğv olunacaq. Həmin şəxs imtahandan azad olunacaq". TQDK sədri bildirib ki, imtahana gələn şəxslər özləri ilə yalnız şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi, diyircəkli qələmlər gətirməlidirlər: "İmtahan zallarının hamısında su olacaq. Ona görə də, abituriyentlər özləri ilə su, eləcə də digər avadanlıqlar gətirməsinlər, bu qadağandır. Abituriyentlər imtahana gələndə nə qədər böyük çanta götürsələr, onların problemləri də böyük olacaq. Çanta ilə gəlməyə ehtiyac yoxdur". M. Abbaszadə imtahan binalarında mobil telefonların işləməyəcəyini də qeyd edib.

Odur ki, ağrımayan başınızı ağrıtmayın.

Tofiq Əliyev

O.M.