Şəkidə ağır yol qəzası

Şəkidə ağır yol qəzası

1 İyul 2011 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəki rayonunun Daşyüz kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. 1985-ci il təvəllüdlü Saatlı rayon sakini Fərəcov Ramin İsa oğlu idarə etdiyi "Kia" markalı, 10 DK 044 dövlət nömrə nişanlı avtomobili aşırıb. Nəticədə Ramin Fərəcov hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin 1988-ci il təvəllüdlü Bakı şəhər sakini Abışov Bəhruz Ramil oğlu aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şəki Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib. Faktla bağlı cinayət işi başlayıb, hadisənin baş vermə səbəbləri araşdırılır.

Maşının aşması sürücünün həyatını alt-üst etdi.

Tofiq Əliyev

O.M.