Prezidentə hücum edib, onu yerə yıxdı

Prezidentə hücum edib, onu yerə yıxdı

1 İyul 2011 12:00
Bəyəndim (0) Bəyənmədim (0)

Nikola Sarkozi Fransanın cənubundakı Braks qəsəbəsinə ziyarətə getdi. Ziyarət əsnasında o, hücuma məruz qaldı. 43 yaşlı hücumçunun məqsədi isə dərdini dilə gətirmək idi.

Ölkənin "BMF" kanalında yer alan görüntülərdə prezident sakinlərlə görüşərkən heç kimin gözləmədiyi anda toplunun içindən çıxan biri ona hücum etdi. İlk əvvəl hücumçu Sarkozini çiynindən tutaraq, özünə tərəf çəkdi. Nə baş verdiyini anlamayan Nikola səndələdi, yıxılmaq təhlükəsindən onu cangüdənləri qorudu. Pərtliyini büruzə verməyərək, yoluna davam etdi. Ancaq yolboyu heç kimlə yaxın təmasda olmadı. 43 yaşlı hücumçunun adı isə Herman Fusterdir. O, günahkar hesab edilərsə, 3 il həbs cəzasına məhkum edilə bilər.

Əliuzunluq etmək hələ heç kimə xeyir verməyib...

Günel Həbib

O.M.