Əfqanıstanda partladılan avtobusda 20 nəfər ölüb

Əfqanıstanda partladılan avtobusda 20 nəfər ölüb

1 İyul 2011 10:19
900
Bəyəndim (0) Bəyənmədim (0)

"France Presse"nin məlumatına görə, Əfqanıstanın cənub-qərbindəki Nimroz əyalətində avtobusun partladılıb. Avtobusun hərəkət yolunda əldəqayırma partlayıcı qurğu işə salınıb. Hadisə nəticəsində 20 nəfər həlak olub. Xatırladaq ki, Əfqanıstan hökumətinin nümayəndəsi Əşrəf Qəni Əhməd ötən gün bəyan etmişdi ki, ölkənin hüquq-mühafizə orqanları təhlükəsizliyin təmin edilməsinə nəzarəti ələ almağa tam hazırdırlar. ABŞ prezidenti Barak Obama isə çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Əfqanıstandakı Amerika missiyası uğurludur, lakin hələ ekstremistlərə qarşı müharibədə qələbədən söhbət getmir.

ABŞ terrorçuları öldürməyi bacarsa da terroru öldürə bilmir.

Tofiq Əliyev

O.M.