NATO üsyançılardan üzr istəmədi

NATO üsyançılardan üzr istəmədi

8 Aprel 2011 15:01
Bəyəndim (0) Bəyənmədim (0)
Qəddafinin tankları peyda olub


NATO "Birləşmiş müdafiəçi" əməliyyatı çərçivəsində səhvən üsyançıları bombardman etmişdi. Bu, müxaliflərin hədsiz narazılığına səbəb olmuşdu. 13 əsgərini itirən müxalifətçilər bu barədə etirazlarını bildirsələr də, əməliyyat rəhbərliyi səhvinə görə üzr istəmək fikrində deyil. "Birləşmiş müdafiəçi"nin müavini kontradmiral Rassel Hardinq bu barədə rəsmi açıqlama verib. Neapoldan telekörpü ilə sualları cavablandıran Hardinq qəti şəkildə deyib: "Mən üzr istəmirəm." O, həmçinin əlavə edib ki, NATO qüvvələri hədəfləri müəyyən etməkdə çətinlik çəkir.

"Əvvəl Qəddafinin tankları yox idi. İndi isə onlar peyda olublar", - deyə NATO rəsmisi səhvinə bəraət qazandırmağa çalışıb.

O.M.